Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi açılıb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan Günü və iftar süfrəsi təşkil edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbir Poklonnaya qoradakı Memorial məscidində açılan "Ramazan çadırı"nda Moskva şəhəri Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin dəstəyi ilə keçirilib və "Ailə ili"nə həsr olunub.
Tədbirdə 1500-dən çox insan - ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan müsəlmanlar iştirak ediblər.
Dini-mənəvi dəyərlərə verdiyi yüksək qiymətə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Moskva müftisi, Moskva Kafedral Məscidinin imamı İldar Alyautdinovun adından təşəkkür məktubu ünvanlanıb.
Moskvadakı Müsəlman məktəbinin direktoru Ənas Həzrət Məmmədov iştirakçıları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu tədbirin keçirilməsinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Tədbirdə Azərbaycanın tarixindən və adət-ənənələrindən bəhs edən videoçarxlar nümayiş etdirilib, "ButaTrio" nun müşayiəti ilə muğam ifa olunub, müsəlman məktəbinin şagirdləri Məhəmməd Peyğəmbərin həyatından bəhs edən teatrlaşdırılmış səhnəciklər təqdim ediblər. Tədbir uduşlu hədiyyələr olan viktorina ilə davam edib.
İftar başlamazdan əvvəl "Qurani-Kərim"dən ayələr oxunub, axşam namazı qılınıb. Sonra müsəlmanlar Azərbaycanın milli yeməklərini və şirniyyatlarını dadıblar.
"Ramazan çadırı" 2006-cı ildən etibarən müsəlmanların müqəddəs Ramazan ayında həyata keçirilən illik sosial və xeyriyyə layihəsidir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi vitse-prezident Leyla Əliyevanın təşəbbüsü ilə hər il bu xeyriyyə layihəsində iştirak edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
XƏBƏR LENTİ
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
UEFA Avropa Liqası: İlk turun matçları
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir





