Cəmiyyət

Toyunda ağlayan gəlin VİDEOsu ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

10 Yanvar 2024 16:40
Baxış: 6 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:40

Toy mərasimində gəlin köçən xanımla bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib. 

Qeyd edilib ki, araşdırmalarla toy mərasiminin 2022-ci ilin dekabr ayında rayonlardan birində keçirildiyi müəyyən edilib.

Tərəflər arasında yaranan mübahisəyə səbəb isə 18 yaşlı xanımın məcburi nikaha daxil edilməsi yox, məişət xarakterli anlaşılmazlıq olub. Həmin anlaşılmazlıqda hüquqazidd hal, yaxud kriminal tərkib müəyyən edilməyib.

------

11:55


Azərbaycanda baş tutan toy mərasimində gənc qızın zorla ərə verildiyini əks etdirən kadrlar yayılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, polis sözügedən kadrlarla bağlı artıq araşdırmaya başlayıb.

Gənc qızın zorla toy mərasiminə aparıldığı hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

--------

10:40

Azərbaycanda baş tutan toy mərasimindən qəribə görüntülər yayılıb.

Milli.Az bildirir ki, sözügedən videoda gəlinin bu izdivaca məcbur edildiyi aydın şəkildə görünür. Sosial şəbəkədə yayılan paylaşıma böyük maraq olub. Gənc qızı zorla toy mərasiminə aparmaq istəyən yaxınları şiddətlə qınanılıb.

Hadisənin harada və nə vaxt çəkildiyi barədə məlumat yoxdur. 

Həmin görüntülər təqdim edirik:

Hüseyn
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.