Cəmiyyət

Qızılcaya qarşı Belçika, yoxsa hind vaksini daha təsirlidir?

7 Dekabr 2023 09:44
Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda əsasən fərqli istehsalçılar tərəfindən hazırlanan, lakin eyni tərkibə malik iki növ vaksindən istifadə olunur.

Milli.Az bildirir ki, bunu Axar.az-a açıqlamasında Bakı Sağlamlıq Mərkəzi İnfeksiyaya nəzarət və profilaktika şöbəsinin rəhbəri Ləman Qalimova ölkəyə gətirilən Hindistan və Belçika istehsalı olan vaksinlərin keyfiyyəti ilə bağlı deyib.

"Peyvəndlər ölkəyə gətirildiyi anda xüsusi laboratoriyalarda araşdırılır və təhlükəsizliyinə, etibarlılığına zəmanət verilir. Vətəndaşlarımız düşünürlər ki, Belçika vaksini daha üstündür, çünki Avropadan gətirilib. Amma hər iki vaksinin tərkibi eyni olduğundan, keyfiyyəti də oxşardır", - o bildirib.

İnfeksionist vurğulayıb ki, hazırda yayılan qızılca xəstəliyi ilə əlaqədar Hindistan və Belçika vaksinlərindən istifadə olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.