Cəmiyyət

Siyəzəndə qadın himayəsinə götürdüyü pişikləri yandırıb? - RƏSMİ AÇIQLAMA

4 Dekabr 2023 19:11
Baxış: 1 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Siyəzən rayonunda Aynur adlı qadının pişikləri toplayaraq öz yaşadığı evdə məhvə məhkum etməsi, onları yandırması və işgəncə verməsinə dair iddia edilən görüntülər yayılıb.

Məsələ ilə bağlı Trend-ə açıqlamasında DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov bildirib ki, yayılan görüntülərlə bağlı Siyəzən Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Hazırda RPŞ-nin təhqiqat qrupunda zəruri araşdırmalar aparılır. Yekunda məsələyə hüquqi qiymət veriləcək", - deyə o, qeyd edib.

Qeyd edək ki, Siyəzən rayonunda Aynur adlı qadının yüzlərlə pişiyi evinin zirzəmisində saxlamasına dair iddialar irəli sürülüb. İddialara görə, qadın himayəsinə götürərək saxladığı pişiklərə işgəncələr verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.