Bakıdan qayıdan İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:12
Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları mayın 6-da Ruben Vardanyanın məhkəməsindən qayıdarkən Hacıqabul rayonu ərazisində qəzaya düşüblər.
Yağışlı hava şəraitində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan Tərtər rayon Umudlu kənd ərazi nümayəndəsinin müavini Qurbanzadə Bəhruz Aprel oğlu, Qızıloba kənd ərazi nümayəndəsinin müavini Əliyeva Rübabə Cavanşir qızı, Çaylı kənd ərazi nümayəndəsinin müavini Abdullazadə Anar Allahverən oğlu, həmçinin, Əzimova Zəminə Məhəmməd qızı, Tahirova Kəmalə Sabir qızı, Aslanova Ləman, Ələkbərova Vüsalə və Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşının oğlu Paşayev Ziya Zabil oğlu müxtəlif dərəcəli xəsarət alıb.
Baş vermiş hadisə zamanı xəsarət alan B.Qurbanov, A.Abdulllazadə, K.Tahirova, Z.Əzimova Tərtər Rayon Mərkəzi Xəstəxanasına təxliyə edlib. Digər xəsarət alan Rübabə Əliyevanın vəziyyəti ağır olduğundan Abşeron Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yüngül xəsarət alan şəxslərə isə yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"
11:50
Hacıqabulda "Mercedes Vito" markalı nəqliyyat vasitəsi qəzaya düşüb. Qəza zamanı nəqliyyat vasitəsində olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıblar.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, qəzaya düşənlər Tərtər İcra Hakimiyyətinin işçiləridir.
Hadisə baş verməzdən əvvəl Bakıda dövlət tədbirində olublar, tədbir bitəndən sonra rayona qayıdırmışlar. Qəza zamanı Tərtərin Umudlu İnzibati Ərazi Dairəsi sədrinin müavini Bəhruz Aprel oğlu, Tərtər İcra Hakimiyyətinin rəsmisi Zabil Paşayevin oğlu Ziya Paşazadə, Qızıloba icra nümayəndəsinin müavini Rübabə Əliyeva, İcra Hakimiyyəti strukturuna daxil olan müxtəlif idarələrdə işləyən Kəmalə, Zəminə, Vüsalə adlı işçilər xəsarət alıblar.
Qəza zamanı zərərçəkmişlər hazırda Şirvan xəstəxanasında müalicə olunurlar. Qadınlardan 3-nün vəziyyətinin orta ağır olduğu bildirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məsud Pezeşkian da Türkiyədədir
-
Hansı müəllimlərin maaşı artacaq?
-
Şahrux Xan 61-ci doğum gününü belə keçirdi - (Video)
-
44 yaşlı şöbə rəisi qəfil vəfat etdi - (Yenilənib)
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycanda maaşlar artdı
-
Bakıda BMW körpüdən aşdı - (Video)
-
Həyat yoldaşı iynə vurdu, öldü - Lənkəranda faciəvi hadisə
-
Bu adi görünən sentin qiyməti bir avtomobilin puludur - (Foto)
-
TikTok Azərbaycanda 570 min videonu sildi
-
Lökbatanda 30 yaşlı kişi faciəli şəkildə öldü
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Sükan arxasında TikTok açan sürücülərə xəbərdarlıq
-
Uşaqpulu gözləyənlərə cavab - Gələn il də...
-
Qışda kombi problemi yaşamamaq üçün 5 vacib qayda
-
Rəqsanəyə ağır itki - (Video)
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
Azərbaycanda Aİ-95 istehsalı kəskin azaldı - Səbəb
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?





