Cəmiyyət

Bakı-Sumqayıt yolunda tıxac problemi bitir? - VİDEO

1 Dekabr 2023 19:47
Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilmiş avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda görülən işlərin davamı olaraq, əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Bəs, həmin istiqamətdə avtobuslar üçün hərəkət zolağının çəkilməsi tıxaclara necə təsir edəcək?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, ümumi tıxac meqapolislərdə gözlənilən bir haldır.

O qeyd edib ki, əsas məsələ tıxacın alternativləri olub-olmamasıdır.

"Çəkilən avtobus zolağı həmin alternativlərdən biridir. İctimai nəqliyyat tıxacda dayanmamalıdır. Onların üstünlüyünün təmin olunması və ayrılması üçün avtobus zolağı şəbəkəsi olmalıdır. Bu zolaq şəbəkəsinə sərt şəkildə nəzarət edilməlidir", - deyə o, əlavə edib.

Geniş videomüsahibəni təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.