Cəmiyyət

Həzrət Mühəmməd Peyğəmbər (s) əhli-sünnə əqidəsində olub ya şiə əqidəsində?

7 Noyabr 2023 01:00
Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu sual din barədə dərin biliyi olmayan, yaxud məzhəbi mövzuda qalmaqallara meyilli olan şəxslər tərəfindən daha çox verilir. Həzrət Mühəmməd Peyğəmbər (s) məzhəbdən daha üstün olan din və şəriət gətirmişdir, insanları bütpərəstlikdən xilas edərək tək Allaha pərəstiş etməyə çağırmışdır. Onun təlimləri məzhəb çərçivəsindən daha yüksəkdə dururdu. Şiə-sünni fərqliliyi Peyğəmbərin zamanında yox idi. İmam Əliyə (ə) məhəbbət mövzusunda səhabələr arasında fərq olsa da, bu, məzhəb bölüntüsü səviyyəsinə çatmamışdı. Peyğəmbərin vəfatından sonra onun iki əsas əmanətindən (Quran və Əhli-beyt) birinə - Əhli-beytə münasibətlə bağlı müsəlmanlar iki hissəyə bölündülər. Əhli-beytin dini və dünyəvi hakimiyyətini qəbul edənlər şiə adlandılar, sünnənin kifayət etdiyini düşünənlər isə özlərini əhli-sünnə vəl-cəmaət adlandırdılar. Onların hər biri Peyğəmbərin yolunu daha dəqiq getdiyini iddia edir. Həm şiələr, həm də sünnilər müsəlmandırlar, bir-birinə qardaş gözü ilə baxmalı, vəhdəti qorumalı, ümumi problemləri birlikdə həll etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.