Cəmiyyət

Qənirə Paşayevanın komaya düşmə səbəbi açıqlandı

24 Sentyabr 2023 12:26
Baxış: 6 330

Xəbər verdiyimiz kimi millət vəkili Qənirə Paşayeva komaya düşüb. 

Milli.Az manset.az-a istinadən xəbər verir ki, Deputatın əmisi, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev qardaşı qızının səhhətində problem yarandığını təsdiqləyib: 

"Biz bilmirik Qənirənin səhhətində niyə problem yaranıb. Heç həkimlər də baş açmırlar. Dünən gecə birdən-birə halı pisləşib. Dünən gecədən Mərkəzi Klinikadadır. Xaricdən həkimlər də gəlib. Allaha dua edirik!"

İlkin məlumata görə, Qənirə Paşayevanın səhhətində yaranan problem saxladığı pəhrizlə bağlı qəbul etdiyi dərmanlarla  bağlı olduğu bildirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics