Cəmiyyət

Salyanda küçədə tapılan körpənin vəziyyəti açıqlandı - FOTO

21 Sentyabr 2023 10:58
Baxış: 1 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl kanal kənarına atılan və tapılaraq TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yenidoğulmuş qız uşağı sağlamlığına qovuşub.

Trend xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb.

Qeyd olunub ki, tibb müəssisəsinin Pediatriya şöbəsində ona xüsusi diqqət, qayğı göstərilib və körpənin zəruri tibbi xidmətlərlə təmin olunması həyata keçirilib.

Xatırladaq ki, sentyabrın 12-də səhər saat 5 radələrində Salyan Rayon Polis Şöbəsinə rayonun Qarabağlı kəndi ərazisində yeni doğulmuş körpənin yol kənarına atılması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon təcili yardım tibb personalına təhvil verilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.