Bakıda tıxacların yaranmasının əsas səbəblərindən biri taksilərin çoxluğudur - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda tıxacların yaranmasının əsas səbəblərindən biri taksilərin çoxluğudur.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əvvələr günün pik saartlarında yollarda sıxlıq olurdusa, indi hətta həftəsonu - şənbə və bazar günü belə tıxac var.
Yol hərəkəti qaydaları üzrə ekspertlər hesab edirlər ki, tıxaca səbəblərdən biri də taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrinin sayının həddindən artıq çox olmasıdır. Günümüzün reallığı bunu deməyə əsas verir ki, xaricdən idarə edilən bəzi şirkətlər sağlamlıq arayışı tələb etmədən, onların peşəkar və şəxsi keyfiyyətləri, fiziki və psixoloji sağlamlığını yoxlamadan, avtomobilin texniki cəhətdən standartlara uyğun olub-olmamasına da nəzarət etmədən tətbiq üzərindən bir çox sürücüyə taksi fəaliyyəti göstərməsi üçün icazə verirlər.
Ekspert Ərşad Hüseynov deyir ki, fərdi nəqliyyat vasitələri ilə gün ərzində orta hesabla 2, taksilərlə 22-26 səfər edilir. Bu da taksi sürücülərinin iş və istirahət rejminə əməl etmədən fəaliyyət göstərməsini aktuallaşdırır. Bütün bunlara əməl etməyən sürücü sərnişinin təhlükəsizliyini necə qoruya bilər?
Elə ekspertin dediyi kimi, iş və istirahət rejimini sürücü özü tənzimlədiyi üçün taksi sürücülərinin iştirakı ilə qəzalara da tez-tez rast gəlinir. Taksilərin sayının çoxluğu və bazardakı qeyri-sağlam rəqabət mühiti qiymətlərdə də öz əksini tapır. Bu gün paytaxtda az qala avtobus qiymətinə işləyən taksi şirkətləri var. Şəhər nəqliyyatının böyük qismini əhatə edən bu növ xidmətin sürücülərini qiymətlər qane edirmi?
Ekspert Ərşad Hüseynovun fikirincə, ictimai nəqliyyatda vəziyyət düzəlsə, kortəbii şəkildə işləyən taksilərə də ehtiyac olmaz. O hesab edir ki, hazırda paytaxtda ictimai nəqliyyatın yükü taksinin üstünə düşüb.
Günün günorta vaxtı dayanacaqda sərnişinlər avtobus gözləyirlər. Şəhərin mərkəzində dayanacaqda bu qədər sərnişindən bilmək olur ki, avtobuslar gecikir, və yaxud da xətlərdə kifayət qədər avtobus yoxdur. Belə qənaətə gəlmək olar ki, avtobuslar normal işləmədiyindən sərnişinlər əlacsız qalıb avtobus qiymətinə işləyən taksidən istifadə edirlər.
Günün pik saatlarında sıxlığı nəzərə alsaq, xüsusilə sərnişinlərin az olduğu günorta vaxtı avtobuslar niyə gecikir? Avtobus sürücülərinin də özlərinə məxsus arqumenti var.
Niyə son illər paytaxtın ictimai nəqliyyatı sərnişinlərin yükünü qaldıra bilmir? Əhali çoxalıb, yoxsa xətlərdəki avtobusların sayı azalıb?
Yerüstü Nəqliyyat Agnetliyinin mətbuat katibi Tural Orucov deyir ki, xətlərdə avtobuslar azalmayıb, sadəcə tıxac səbəbindən interval çoxalıb.
Təcrübə göstərir ki, bir neçə il əvvəl paytaxda çəkilən avtobus zolaqları heç də effektli olmaldı. Bu gün ictimai nəqliyyata maraq azdır. Çünki daşıyıcı şirkətlər üzərlərinə düşən öhdəliyi düzgün yerinə yetirə bilmirlər. Hələ 4 ay əvvəl daşıyıcı şirkətlərin müraciətləri ilə ictimai nəqliyyatda gedişhaqqı artırıldı ki, keyfiyyət də artacaq. Amma tam əksinə oldu. Əgər marşrut avtobuslarının hərəkətində mobillik olsa, insanlar da ictimai nəqliyyata üz tutar və qanunsuz taksi fəaliyyəti göstərənlər də azalar. Belə olduqda yollarda sıxlığın azalması və avtobusların təyin edilən intervalla işləməsi mümkün olar.
Xatırladaq ki, Avropanın bir çox ölkəsində sərnişindaşımanın əsas yükü ictimai nəqliyyatın üzərinə düşür. Taksi ilə müqayisədə qiymət ucuz, keyfiyyət də yüksək səviyyədədir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb
-
Cəlilabadda zəncirvarı qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq





