Cəmiyyət

İcra başçısının oğlunu qətlə yetirən qız həbsxanada dava saldı

15 May 2010 13:57
Baxış: 1 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən musavat.com-a daxil olan məlumata görə, bir müddət öncə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində (qadın məhkumların saxlandığı) cəza çəkən 23 yaşlı Lamiyə Quliyeva qeyd olunan müəssisədə nəzarətçi işləyən çavuş, 26 yaşlı Aysel Ağayeva ilə mübahisə edib.

Mübahisə zamanı qadın məhkumun nəzarətçini döydüyü bildirilir. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xatırladaq ki, Lamiyə Quliyeva 2003-cü ilin mayında nişanlısı Vüqar Əliyevlə həmin vaxt Şəmkir rayon icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirib. Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.