Cəmiyyət

Bakıda yanan mikravtobusu söndürmək istəyən sürücü ölüb - FOTO

12 Fevral 2023 23:42
Baxış: 2 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Binəqədi rayonunda ölüm hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 47 yaşlı Bəylərov İldırım Kamal oğlu idarəetməsində olan "Mercedes" markalı mikroavtobusla Gəncədən Bakıya sərnişin gətirib.

O, sərnişinləri Biləcəri dairəsində düşürərkən qəfil nəqliyyat vasitəsinin mühərrik hissəsində tüstülənmə baş verib.

Sürücü ətrafdan su tapıb gətirərkən yerə yıxılaraq can verib.

Dərhal hadisə şahidləri təcili tibbi yardım xidmətinə müraciət edib.

Həkimlər onun artıq ürəktutmasından öldüyünü bildiriblər.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin və Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Ölən sürücünün meyiti müayinə olunması üçün morqa yerləşdirilib.

İ.Bəylərovun dəqiq hansı səbəbdən öldüyü ekspertlər tərəfindən araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.