Cəmiyyət

Vergiödəyicisi vergi uçotundan necə çıxa bilər?

5 Fevral 2023 19:54
Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vergiödəyicisi olan fiziki şəxsin vergi uçotundan çıxması üçün hansı prosedurlar tələb olunur?

Dövlət Vergi Xidmətindən Milli.Az-a bildirilib ki, Vergi Məcəlləsinin 34-cü maddəsinə əsasən, fiziki şəxsin vergi uçotunun ləğv edilməsi üçün "Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə" və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəsi (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə uçotda olduğu vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergiödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzası (o cümlədən "ASAN İmza") olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunun ləğv edilməsi üçün ərizə təqdim edə bilər.

Sözügedən normativ hüquqi aktlara əsasən, vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergiödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergiödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.