Cəmiyyət

ADY sədrinə yeni müşavir təyin olundu

13 Yanvar 2023 18:35
Baxış: 1 401
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Rüstəmovun əmri ilə sədrin müşaviri vəzifəsinə təyinat olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu vəzifəyə Aysel Soltanova təyin edilib.

Qeyd edək ki, Aysel Soltanova Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində Dövlət siyasəti sahəsində magistr təhsili alıb. O, 2006-2014-cü illərdə BP və P&G kimi tanınmış beynəlxalq şirkətlərdə çalışıb. 2014-2020-ci illərdə "Azərkosmos" ASC-də müxtəlif vəzifələri icra edib, o cümlədən, Marketinq Departamentinə rəhbərlik edib. 2021-ci ildən isə "Aztelekom" MMC-də baş direktorun birinci müavini vəzifəsində çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.