Cəmiyyət

Bərdədə ağır qəza: bir ölü, bir yaralı - FOTO

3 Dekabr 2022 20:48
Baxış: 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdədə bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Hindarx Borsunlu avtomobil yolunun Bərdə rayonu Soğanverdilər kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobili ilə "VAZ" 21011 markalı avtomobil toqquşub. Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü 1952-ci il təvəllüdlü Məmmədov Cavanşir Məstan oğlu hadisə yerində həyatını itirib. Digər "Mercedes" markalı avtomobilin sürücüsü 1977-ci il təvəllüdlü Nürəddin Qarayev isə müxtəlif bədən xəsarətləri alaraq Bərdə Diaqnostika mərkəzinə çatdırılıb. Hazırda vəziyyəti orta ağırdır

Faktla bağlı araşdırma aparılır

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.