Buzovnadakı dəhşətli cinayətlə bağlı YENİ DETALLAR: qəssab baltası və bıçaqla...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 29-u saat 20 radələrində Buzovna qəsəbəsində bir ailədən 3 nəfərin qətlə yetirilməsi ilə nəticələnən dəhşətli cinayətlə bağlı maraqlı faktlar üzə çıxıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Nofəl Səfərov qətlə yetirilən 83 yaşlı Elbrus Muradov və 75 yaşlı Şahirə Muradovanın nəvəsinin keçmiş həyat yoldaşı olub. Belə ki, bir müddət əvvəl N.Səfərov Muradovların qızının övladından boşanıb. N.Səfərovun hadisə yerindən qaçarkən xəsarət yetirdiyi və cinayətin əsas şahidi olan 25 yaşlı Elbrus Ağalarov isə onun keçmiş qaynıdır.
Müəyyən edilib ki, N.Səfərov qəssab kimi fəaliyyət göstərib. O, keçmiş qayınanasının valideynlərinin yaşadığı evə də qəssab baltası və bıçaqla silahlanaraq gəlib. O, keçmiş həyat yoldaşının babası Elbrus Muradovu (həyətdə), nənəsi Şahirə Muradova və dayısı Rahil Muradovu (hər iki şəxsi evdə) əvvəlcə balta ilə, daha sonra bıçaqla vuraraq ağır xəsarətlər yetirib. E.Muradov hadisə yerində, arvadı və oğlu isə xəstəxanada vəfat edib. Mənzildən çıxdıqda isə o, keçmiş qaynı Elbrus Ağalarovla qarşılaşıb və 25 yaşlı oğlana başından, boynundan xəsarətlər yetirsə də, onu öldürməyərək qaçıb.
O da məlum olub ki, qətlə yetirilən, əslən Füzuli rayonundan olan Elbrus Muradov yaşadığı ərazidə molla və falçı kimi tanınıb. Nofəl Səfərovun ailəsinin uğursuz olmasında E.Muradovu günahlandırması, onun magiya vasitəsilə ailə münasibətlərinə təsir etdiyini iddia etməsi və cinayəti də qisas zəminində törətməsi güman edilir. O, hadisəni törədərkən evdə olduğu müddətdə mənzili alt-üst edib.
Həmçinin məlum olub ki, bir müddət əvvəl Muradovlar ailəsinin evlərindən xeyli miqdarda pul və qızıl oğurlanması ilə bağlı polisə müraciəti olsa da, həmin şikayət əsasında aparılan araşdırma nəticəsində belə bir hadisənin baş vermədiyi və həqiqətə uyğun olmayan məlumatın verilməsi üzə çıxıb.
Hazırda baş vermiş ağır cinayət hadisəsi ilə bağlı intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
XƏBƏR LENTİ
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib





