Cəmiyyət

Binəqədidə parkın içində niyə bina tikilir? - VİDEO

26 Oktyabr 2022 19:48
Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yenə də ağaclara qənim kəsilənlər var. Bu dəfə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, metronun "Dərnəgül" stansiyasının çıxışındakı parkda bir neçə ağac quruyub, bəlkə də qəsdən qurudulub, hətta bəziləri yandırılıb. Yaxınlıqda isə tikinti gedir, çoxmərtəbəli bina tikilir. Burada ağaclar quruyub, bəziləri isə dibindən çıxarılıb.

Üstəlik, ərazidə ocaq izləri də var. Bu izlər ağacların qəsdən yandırılmasına dair şübhələri artırır.

Quruyan ağaclar tikilməkdə olan binanın 2-3 metrliyindədir. Tikintini icra edən şirkət isə ağacların inşaat prosesində məhv olduğunu və ya qəsdən qurudulduğunu təkzib edir.

Milli.Az xəbər verir ki,  Şirkətin iş icraçısının "Xəzər Xəbər"ə verdiyi məlumata görə, ərazidə tikinti işlərinə 2021-ci ildə icazə verilib və aidiyyəti qurumlardan da bütün rəy və sənədlər alınıb. O ki qaldı ağacların yandırılmasına, şirkətin əməkdaşı bu hadisənin illər öncə baş verdiyini iddia edib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə bildirildi ki, həmin ağacları kimin məhv etdiyi onlara məlum deyil. Amma qurumuş ağaclarla bağlı müvafiq rəy alındıqdan sonra onlar kəsilərək götürüləcək və yerinə yeni ağaclar əkiləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.