Cəmiyyət

Sosial şəbəkələrdə aktiv olan siyasətçilər - Araşdırma

27 Sentyabr 2022 20:04
Baxış: 814

Sosial şəbəkələr həyatımızın müxtəlif sahələrində başlıca yer tutduğu kimi, siyasi sferada da önəmini günbəgün artırır. Belə ki, bütün dünyada siyasilər öz düşüncələrini, siyasi mövqelərini sosial şəbəkə hesablarından etdiyi paylaşımlarla insanlara çatdırırlar.

Eyni zamanda siyasətçilərin tanınması, seçiciləri ilə qarşılıqlı əlaqələrin təmin olunması baxımından da bu, mühüm rola malikdir. Dünyada siyasətçiləri daha çox "Twitter"də görməyə alışsaq da, ölkəmizdə "Facebook" bu mənada fərqlənir.

Ona görə də, araşdırma apararkən, siyasətçilərin feyzbuk hesabları əsas götürülüb.

Qeyd etməliyik ki, ölkəmizdə siyasilərin sosial şəbəkə aktivliyi bir-birindən xeyli fərqlənir.

Belə ki, Ağ Partiyanın sədri Tural Abbaslını bu məsələdə müsbət mənada fərqləndirə bilərik. Belə ki, siyasətçinin feyzbuk səhifəsində izləyici sayı 233 min nəfərdir. 

Ümid Partiyasının sədri İqbal Ağazadənin izləyici sayı isə 149 mindir.

REAL-ın icra katibi Natiq Cəfərli isə partiyasının ən çox izlənən funksionerdir. Onun feyzbuk hesabını 31,672 nəfər izləyir.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da sosial şəbəkələrdə aktiv olan siyasətçilərdəndir. Onun feyzbuk hesabından 29,845 nəfər izləyir. Fazil Mustafa Milli Məclis reytinqinə görə də ilk pillədədir.

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev də sosial şəbəkələrdə olduqca aktivdir. Millət vəkili Milli Məclis reytinqinə görə ikinci pillədə qərarlaşır. Siyasətçinin feyzbuk səhifəsinin izləyici sayı isə 43 min nəfərdir.

Vətəndaş və İnkişaf Partiyasının hal-hazırda həbsdə olan sədri Əli Əliyevin izləyici sayı isə 100 min nəfərdən artıqdır. 

Haqq-Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanovun "facebook" səhifəsini 26 min nəfər izləyir.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlının feyzbuk hesabı isə 6,777 nəfər tərəfindən izlənilir.

Sosial şəbəkələrdə aktivliyi ilə seçilən digər millət vəkili isə Vəhdət Partiyasının sədri Tahir Kərimlidir. Onun 6100 nəfər feyzbuk izləyicisi var. Siyasətçi sıx-sıx paylaşım etməsi ilə də diqqət çəkir.

Bitərəf millət vəkili Vüqar Bayramov da sosial şəbəkələrin məhşur siyasətçilərindədir. Onun feyzbuk izləyicilərinin sayı 16825 nəfərdir və iqtisadçı deputat da münətəzəm paylaşımları ilə fərqlənənlərdəndir.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də sosial şəbəkələrdə fəaldır. Onun feyzbuk izləyicilərinin sayı 14 min nəfərdir. 

Müsavat başqanı Arif Hacılı və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da aktiv sosial şəbəkə istifadəçilərindəndir. Partiya sədrlərinin hər ikisinin feyzbuk izləyicilərinin sayı 12 min nəfərə yaxındır.

Xalq Partiyasının sədri Pənah Hüseyn, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Milli Dirçəliş Hərəkatı Partiyasınıb sədri Fərəc Quliyev, Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli də sosial şəbəkələrdə fəallıqları ilə fərqlənirlər.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics