APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Nazirlər Kabineti (NK) yerli icra hakimiyyəti orqanlarına xidməti məktub göndərib. Artıq Kürdəmir, Ağsu, Göyçay, Şamaxı, Ucar rayonlarında damı asbest şiferlə örtülmüş fərdi yaşayış evlərinin, sosial obyektlərin dəqiq sayının müəyyən edilməsi üçün siyahıya alma işləri görülür.
Kürdəmir rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov bildirib ki, artıq bir neçə gündür, asbest örtüklü evlərin siyahıya alınması və onların dam örtüklərində ölçü işləri aparılır: "Kürdəmir şəhərində və 61 kənddə asbest örtüklü evlərin dəqiq sayı yaxın bir həftə ərzində məlum olacaq. Niyə məhz asbest örtüklü evlərin qeydiyyata alınmasının dəqiq səbəbini bilmirik. Ola bilsin ki, həmin materiallar insan sağlamlığı üçün ziyanlıdır. Amma dam örtüklərinin dəyişdiriləcəyi və ya bununla bağlı vətəndaşlara hansı yardımların veriləcəyi barədə məlumatımız yoxdur. Sadəcə, belə evləri siyahıya alırıq və dam örtüklərinin eni və uzunluğu ölçülərək neçə kvadrat olduğu müəyyənləşdirilir".
Rayonun Çöhranlı kəndi üzrə icra nümayəndəsi Fərman Həmidov bildirib ki, kənddə evlər siyahıya alınıb və məlumat icra hakimiyyətinə təqdim olunub: "Çöhranlı kəndində mövcud olan 245 fərdi yaşayış evindən 155-nin dam örtüyünün asbest örtüklü olduğu müəyyən edilib və ölçüsü aparılıb. Kənd icra nümayəndəliyinin və bələdiyyənin yerləşdiyi bina, məktəb və klub da həmin siyahıya daxil edilib. Belə tikililərin nə üçün siyahıya alındığını bilmədiyimizə görə bununla bağlı vətəndaşların suallarına da konkret cavab verməkdə çətinlik çəkirik".
Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri İqbal Mikayılov bildirib ki, rayon mərkəzində və 78 kənddə siyahıya alma və ölçü işləri aparılır. O, hazırda Nazirlər Kabinetinin xidməti məktubuna əsasən bu istiqamətdə verilən tapşırığın icra olunduğunu və bunun səbəbinin açıqlanmadığını bildirib.
Ucar rayonunda da asbest şiferli tikililərin siyahıya alınmasına başlanıb. Ucar rayon icra hakiminin birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Əbil Mehdiyevin verdiyi məlumata görə, Nazirlər Kabinetinin göstərişinə əsasən, rayonda dam örtüyü asbest şiferdən olan bütün tikililərin aprel 1-dən siyahıya alınmasına başlanıb. Siyahıya alınma yerli icra nümayəndəlikləri tərəfindən aparılır və prosesin ayın 7-nə kimi başa çatdırılması nəzərdə tutulur. Siyahıya alınmanın hansı məqsədlə aparılması barədə hələlik rəsmi orqanlar heç bir açıqlama vermir. Yerli sakinlər isə radiasiya ilə əlaqədar olaraq asbest şiferlərin yeni dam örtüyü ilə əvəz olunacağını deyir.
Hökumətdəki mənbələrdən verilən məlumata görə, asbest örtüklü damların dəyişdirilməsi məsələsi, həqiqətən də, gündəmdədir. Lakin hələlik bununla bağlı hökumətin rəsmi qərarı yoxdur, sadəcə ilkin təhlillər və araşdırmalar aparılır. Məlumata əsasən, bu layihə kifayət qədər böyük vəsait tələb edir. Amma Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, o cümlədən Avropa Sosial Xartiyası qarşısında müəyyən öhdəlikləri var. Mənbə onu da bildirib ki, artıq respublikada asbest şiferlərin istehsalı aparılmır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutun direktoru Adil Qəribov APA-ya açıqlamasında bildirib ki, asbest şiferlər günəş altında azot tərkibli kanserogen, zərərli maddələr buraxır: "Beynəlxalq səviyyədə ekspertlərin müəyyən etdiyi belə bir tibbi nəticə var ki, bu maddələr xərçəng xəstəliklərini stimullaşdırır. Ona görə də dünya miqyasında inkişaf eləmiş ölkələrin çoxunda asbest şiferlərdən istifadəyə məhdudiyyət qoyulub. Azərbaycan da inkişaf etmiş ölkə sayılır. Ona görə də asbest şiferlərin yaratdığı problem gündəmə gəlib".
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda bütün evlərin asbest şiferli dam örtükləri dəyişdiriləcək
5 Aprel 2012 14:34
Baxış: 4 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Gürcüstan polisi azərbaycanlını saxladı - Deportasiya olunacaq
-
Vəkil "üsyan etdi": 50 boşanmadan 49-u siz, evli kişilərdən ƏL ÇƏKİN" - VİDEO
-
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
-
Bu avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
-
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
-
Gəncədə ata və anasından sonra nənə də 13 yaşlı qızdan imtina etdi - YENİLƏNİB
XƏBƏR LENTİ
-
Xatirənin tənqidlərə səbəb olan məclisdəki həmin GEYİMİ - VİDEO
-
Zori Balayan öldü
-
"İranın sursat istehsalının 70%-i məhv edilib"
-
Azərbaycanın üzünü gərdirib, gözünün dartdıran MƏŞHURLARI - FOTOlar
-
Gürcüstan polisi azərbaycanlını saxladı - Deportasiya olunacaq
-
Vəkil "üsyan etdi": 50 boşanmadan 49-u siz, evli kişilərdən ƏL ÇƏKİN" - VİDEO
-
İran hədələdi: Sizin üçün cəhənnəmə ÇEVRİLƏCƏK
-
ABŞ xüsusi təyinatlıları İran ərazisinə girdi
-
19 yaşlı gənc qətlə yetirildi - Saxlanılan var
-
Xalq artisti özündən gözəl QIZI İLƏ - VİDEO
-
"ABŞ təyyarəsi Türkiyə silahı ilə vurulmayıb"
-
Yaz fəslində bu bürclər AŞİQ OLACAQ
-
“Çelsi” darmadağınla yarımfinalda, “Arsenal” mübarizəni DAYANDIRDI
-
Aeroport yolunda "Audi" AŞDI: Yaralananlar var - FOTO
-
"Bu işə başlayanda 140 kilo idim" - FOTOlar
-
“Barselona” “Atletiko”dan üstün oldu
-
Bakıda bu yol BAĞLANDI - Sürüşmə təhlükəsi var - FOTOlar
-
Bu gün 50 min şagird imtahan verəcək
-
"Qalatasaray" "Trabzonspor"a uduzdu
-
“Çox yaxşı dost olmalıydıq, səhvən evləndik”
-
"Kaş ki, daha əvvəl bilsəydim" deyəcəyiniz limon hiyləsi
-
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
-
Azərbaycanlı bu məşhurlar bir-biriləri ilə QOHUM İMİŞ... - FOTOlar
-
Bu ölkənin rəhbəri və birinci xanım təyyarəni özləri İDARƏ EDİR - VİDEO





