Özəl şirkətlər Şuşaya turlar təşkil edirlər? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şuşaya tur təşkil edilir. Səfər zamanı Şuşa məscidi, Şuşa qalası və Daşaltı şəlaləsinə ekskursiyalar olacaq.
Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, belə bir elan tur şirkətlərindən birinin sosial şəbəkə hesabında paylaşılıb.
Səfər üçün yerlərin məhdud olduğu, 18 yaşına çatmamış şəxslərin isə yalnız valideynləri ilə qoşula biləcəyi qeyd olunub.
Birgünlük tur üçün qiymətlər ekonom paketdə 45, səhər yeməyi daxil olan standart paketdə isə 55 manatdır. Elanın sorağına düşüb səhifədə qeyd olunan nömrə ilə əlaqə saxladıq. Zəng çatmadığı üçün bu dəfə vatsapdan yazmaq qərarına gəldik. Məlum oldu ki, turlar 52 nəfərlik avtobuslar ilə təşkil olunur. İyulun 9-na cəmi 1, 10-na isə 12 boş yer var. Ancaq bununla kifayətlənmir, şirkət iyulun 16-17-də də tur ilə Şuşaya yollanacaq.
Maraqlıdır ki, " yolumuzqarabaga.az" saytında həmin günlər üçün biletlərin tam satıldığı görünür. Tur şirkətinin nümayəndəsi ilə növbəti dialoqumuz da elə bu barədə oldu. Şirkət nümayəndəsi biletləri bu saytdan almadıqlarını, Daxili İşlər Nazirliyindən icazələrinin olduğunu, biletləri isə özlərinin hazırladıqlarını dedi.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev "Xəzər Xəbər"ə bildirdi ki, nazirlik tərəfindən işğaldan azad olunmuş ərazilərə ayrı-ayrı şirkətlər vasitəsilə turlar təşkil olunmur. Özünü tur şirkətinin əməkdaşı kimi təqdim edən şəxs barəsində isə hazırda araşdırma aparılır və məlumat veriləcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Sübhan Əbilov isə bildirdi ki, bu günə kimi belə hal ilə bir neçə dəfə rastlaşıblar. Bu cür turlar adətən saxta olur və vətəndaşların hisslərindən sui-istifadə edilir. O ki qaldı elanda qeyd olunan şərtlərlə, onların heç biri real qaydalar ilə üst-üstə düşmür.
Bilet məsələsinə gəldikdə isə, işğaldan azad olunmuş ərazilərə bileti almaq yalnız " yolumuzqarabaga.az" saytı vasitəsilə mümkündür: "Heç bir tur şirkəti özündən bilet düzəldə bilməz. Bu, tam qanunsuzdur".
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib
-
Pensiyaçılar da daxil olmaqla bu şəxslərin tibbi xidməti DİN-ə həvalə edildi
-
Aktöbəyə ilk reys uğurla həyata keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - Mixail Qusmanın məqaləsi
-
Paşinyan rus dili kursuna gedir
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
Arda Gülerin dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
-
Prezident: Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması çox vacibdir
-
“Crocus City Hall” hücumunu koordinasiya edən şəxsə 20 il həbs verildi
-
İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
-
Prezident: Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir
-
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
-
Prezident İlham Əliyev: TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır
-
Azərbaycanda hava dəyişir - Leysan, dolu... - Proqnoz
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
-
8 ayda 35 mindən çox şəxsə əlillik verilib





