Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Vətən Müharibəsindəki qələbədən 65 il ötür - FOTO
9 May 2010 00:02
Baxış: 1 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 65 il keçir.
Bəşər tarixində ən dəhşətli bu müharibədə şanlı Qələbənin əldə olunmasına Azərbaycan xalqı da böyük töhfələr verib. Bu qanlı müharibədə Azərbaycan xalqı 640 mindən çox oğul və qızını cəbhəyə yola salıb, onların təxminən yarısı döyüşlərdə həlak olub. Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılıb 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazıblar.
Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Böyük Qələbəyə neft Bakısının töhfəsi əvəzsiz olub. Müharibə illərində Sovet İttifaqında çıxarılan neftin 70 faizini Azərbaycan verirdi. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Əgər Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətin olardı. Bütün bunlara görə İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaq.
STALİNQRADIN MÜDAFİƏSİNDƏ AZƏRBAYCANLI DÖYÜŞÇÜLƏRİN GENİŞ İŞTİRAKI
1942-ci ilin yayında Bakıdan 800 nəfər könüllü gənc Stalinqradın müdafiəsinə göndərilmişdi. Stalinqrad altında Sovet Ordusunun əks hücumu noyabrın 19-da başlandı. Volqa sahilində ağır döyüşlər keçirən Stalinqradın müdafiəçilərinə bütün ölkə kömək edirdi. Podpolkovnik Həzi Aslanovun komandir olduğu 55-ci tank alayı 1942-ci ilin 16 dekabrında düşmənin 70 tankının hücumunu dəf etdi və 6 gün aramsız davam edən döyüşdən sonra əks hücuma keçdi. Hərbi təyyarəçilər Nuru Əliyev və kapitan Züleyxa Seyidməmmədova, pulemyotçu Əbdül Rəcəbov, leytenant Abdulla Axundov, snayper Baloğlan Abbasov və digərləri Stalinqrad uğrunda döyüşlərdə fəal iştirak etmişlər. Azərbaycanlı general Yaqub Quliyev IV atlı korpusunun komandirinin müavini vəzifəsində idi və 1942-ci ilin 20 dekabrında Stalinqrad ətrafında keçirilən böyük hücum əməliyyatı zamanı həlak oldu və ölümündən sonra Lenin ordeni ilə təltif edildi. Hesablamalara görə Azərbaycan vətəndaşlarından 1500 nəfərdən çoxu "Stalinqradın müdafiəsinə görə" medalı ilə təltif edilmişlər.
Almaniya faşizminin nəzəriyyəçilərindən olan Rozenberq tərtib etdiyi "Qafqazın idarə Olunması" planında burada 5 böyük idarə yaradılmasını müəyyənləşdirmişdi: Azərbaycan, Gürcüstan, Dağlıq Qafqaz, Kuban, Terek. Hitlerin tələbinə görə Almaniyanın I tank ordusu, 1942-ci ilin 25 sentyabrında Bakını zəbt etməli idi.
Stalinqrad döyüşlərinin ağır günlərində, 1942-ci ilin iyununda faşist ordusunun Qafqaz üzərinə hucumları başlandı. Belə ki, Almaniyanın 1-ci tank ordusu, IV tank ordusunun bir neçə diviziyası, iki səhra ordusu (№11 və №17) Sovet ordusunun müdafiə xəttini Şimali Qafqazda yararaq hücumu davam etdirirdi və sentyabrın 24-də Zaqafqaziya Respublikalarında hərbi vəziyyət e'lan olunmuşdu.
Sovet ordusu qəzeti "Krasnaya zvezda" 1942-ci ilin 26 sentyabr sayında yazmışdı: "Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaza və Stalinqrad ətrafına yönəlmişdir. Vətənin taleyi, milyonlarla Sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır... Buna ancaq 1941-ci ilin payızında Moskvanın müdafiəsi ilə müqayisə etmək olar".
Görülmüş tədbirlərin nəticəsində Azərbaycan xalqının cəbhəyə köməyi və döyüşən orduda xidmətə könüllü olaraq getməsi daha da genişləndi. Bir neçə fakta nəzər salaq: Balakəndə yaşayan Alqayevlər nəslinə mənsub 1895-1923-cü illərdə anadan olmuşlardan 33 nəfər müharibə cəbhələrinə gedərək, həlak olmuş və ya itkin düşmüşlər, Bakıda yaşayan Aşurbəyovlar nəslindən 9 nəfər müharibə cəbhələrindən geri qayıtmamışdır. Belə faktlar Azərbaycan üzrə çoxdur.
II DÜNYA MÜHARİBƏSİNDƏ ŞÜCAƏT GÖSTƏRMİŞ AZƏRBAYCANLI SOVET İTTİFAQI QƏHRƏMANLARI
Aslanov Həzi Əhəd oğlu - iki dəfə "Sovet İttifaqı Qəhrəmanı", Tank qoşunları General-Mayoru, Sovet İttifaqı Qəhrəmanı Abdullayev Məmiş Şahbaz oğlu - Çavuş, pulemyotçu, atıcı tağımın komandiri, Sovet İttifaqı Qəhrəmanı Abdullayev Səməd Həmid oğlu - Novorosiyski atıcı diviziyasının tibbi yardım xidmətinin giziri, Sovet İttifaqı Qəhrəmanı Əkbərov Qəzənfər Qulam oğlu - Baş çavuş,tank əleyhinə top komandiri, Sovet İttifaqı Qəhrəmanı Ələkbərov Mikayıl Məhəmməd oğlu - Çavuş, kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Əliyev Məstan Aslan oğlu - Gizir, ağım komandirinin müvavini, Sovet İttifaqı Qəhrəmanı Əliyev Şəmsulla Feyzulla oğlu - Kapitan, tabur komandirinin müavini, Sovet İttifaqı Qəhrəmanı Allahverdiyev Müseyib Abdulla oğlu - Mayor, tabur komandiri, Sovet İttifaqı Qəhrəmanı Əsədov Gəray Lətif oğlu - Qvardiya çavuşu, Suvorov adına Qırmızı bayraqlı Xarkov diviziasının pulemyotçusu, Sovet İttifaqı Qəhrəmanı Əhmədov Cəmil Məhəmməd oğlu - Qvardiya leytenantı, atıcı tağımın komandiri, Sovet İttifaqı Qəhrəmanı Bağırov Müseyib Bağır oğlu - Qrardiya baş leytenantı, tağım komandiri, Sovet İttifaqı Qəhrəmanı Bayramov İsmayıl Xəlil oğlu - Gizir, motoatıcı diviziyanın partiya bölüyünü bölmə komandiri, Sovet İttifaqı Qəhrəmanı, akademik Bünyadov Ziya Musa oğlu - Kapitan, bölük komandiri, Sovet İttifaqı Qəhrəmanı Verdiyev Əvəz Həşim oğlu - Baş çavuş, motoatıcı bölmə komandiri, Sovet İttifaqı Qəhrəmanı Vəzirov Aslan Fərhad oğlu - Qvardiya polkovniki, qvardiya mühəndis-istehkam briqadasının komandiri, Sovet İttifaqı Qəhrəmanı Vəliyev Mirzə Dövlət oğlu - Baş çavuş, artileriyaçı, tank əleyhinə top komandiri, Sovet İttifaqı Qəhrəmanı Hüseynzadə Mehdi Hənifə oğlu - Leytenat, partizan, kəşfiyyatçı,
Sovet İttifaqı Qəhrəmanı Hüseynov Həbibulla Eynulla oğlu - Qvardiya polkovniki, 67-ci zenit-artileriya diviziyasının komandiri, Sovet İttifaqı Qəhrəmanı Dadaşov Məhərrəm Əkbər oğlu - Baş çavuş, tankçı, Sovet İttifaqı Qəhrəmanı Cəbiyev Mirzə Ağamurad oğlu - Baş leytenant, tağım komandiri, Sovet İttifaqı Qəhrəmanı Cəfərov Ağaşirin Ağaməmməd oğlu - Gizir, pulemyotçu, Sovet İttifaqı Qəhrəmanı Quliyev Abbas Şahbaz oğlu - Qvardiya komandiri, qvardiya artileriya alayının batareya komandiri, Sovet İttifaqı Qəhrəmanı Quliyev Adil Hüseyn oğlu - Qvardiya polkovniki, qırıcı təyyarə pilotu, Sovet İttifaqı Qəhrəmanı Quliyev Mehdi Nadir oğlu - Qvardiya, çavuşu, Sovet İttifaqı Qəhrəmanı Kazımov Salahəddin Həsən oğlu - Polkovnik, artileriyaçı, Sovet İttifaqı Qəhrəmanı Məhərrəmov Məhəmməd Əli oğlu - Leytenant, Sovet İttifaqı Qəhrəmanı Məhərrəmov Məlik Məlik oğlu - Polkovnik, Sovet İttifaqı Qəhrəmanı Məmmədov Qafur Nəsir oğlu - Qara Dəniz donanmasının əlahəttə dəniz piyada taburunun 3-cü bölüyünün matrosu, Sovet İttifaqı Qəhrəmanı Məmmədov İsrafil Məhərrəm oğlu - Leytenant, tağım komandiri, Sovet İttifaqı Qəhrəmanı Məmmədov Məmməd Cəbrayıl oğlu - Baş çavuş, atıcı alayın tibb təlimatçısı, Sovet İttifaqı Qəhrəmanı Məmmədov Xəlil Məmməd oğlu - Mayor, tank taburunun komandiri, Sovet İttifaqı Qəhrəmanı Mirzəyev Bahəddin Şahvələd oğlu - Artileriya kapitanı, Sovet İttifaqı Qəhrəmanı Musayev Mərdan Məmməd oğlu - Qvardiya baş çavuşu, qvardiya alayının motoatıcı bölüyünün komandiri, Sovet İttifaqı Qəhrəmanı Mustafayev Xıdır Həsən oğlu - Polkovnik, tankçı, Sovet İttifaqı Qəhrəmanı Səfərov Fariz Məcid oğlu - Mayor-kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Süleymanov İdris Həsən oğlu - Leytenant, Tağım komandiri, Sovet İttifaqı Qəhrəmanı Şükürov Şirin Ağabala oğlu - Sıravi pulemyotçu, Sovet İttifaqı Qəhrəmanı İsmayıl Bayramov.
Bu gün Moskva şəhərinin Qızıl Meydanında faşizm üzərində qələbənin 65 illiyi münasibəti ilə təntənəli hərbi parad keçiriləcək. Qələbəyə həsr edilmiş bayram şənliklərində 30-a yaxın dövlət və hökumət rəhbəri iştirak edəcək.
Milli.Az
--------------------------------------------------------------------------------

Foto 9may.az

DİGƏR XƏBƏRLƏR
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
XƏBƏR LENTİ
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
Vəfat edən DSX əsgərinin fotosu - Yenilənib
-
Səhiyyə nazirinə yeni müşaviri təyin edildi
-
“Sabah” La Liqa səviyyəsində komandadır” - Hansi Flik
-
Türkiyədə 4,5 ballıq zəlzələ oldu