Cəmiyyət

Vilayət Eyvazovdan YENİ TƏYİNAT

14 May 2022 23:41
0 Şərh     Baxış: 2 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində yeni təyinatla bağlı əmr imzalayıb. 

Milli.Az "avtosfer.az"-a istinadən xəbər verir ki, nazirin əmrinə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə yeni müavin təyin olunub.

Belə ki, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev BDYPİ-nin rəis müavini təyin edilib. 

Qeyd edək ki, daha öncə o, İdarənin Yol Patrul Xidməti Alayının komandir müavini vəzifəsində çalışıb.

Keçmiş rəis müavini, polkovnik-leytenant Namidan Piriyev tutduğu vəzifədən azad olunaraq, DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə rəis təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.