Cəmiyyət

Bu yolda piyada zolağı var, ancaq istifadə etmək olmur - VİDEO

21 Aprel 2022 18:48
1 Şərh     Baxış: 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda Üzeyir Hacıbəyov küçəsində çəkilmş piyada zolağı görənləri təəccübləndirir. Məsələ ondadır ki, zolağın axırında ağaclar və dekorativ güllər əkilib. Buna görə də əksər piyadalar  məcbur qalıb zolağın sonunda yenidən maşın yoluna çıxmalı olurlar. Bu isə onların həyatı üçün təhlükə yaradır. Məsələyə aidiyyəti qurum aydınlıq gətirib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər üçün piyada zolağı çəkilsə də, əksər sakinlər buradan istifadə edərkən təhlükə ilə üz-üzə qalırlar.

Piyadaların sözlərinə görə bu piyada zolağı düzgün çəkilməyib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polsi İdarəsi Sumqayıt "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən bildirilib ki, sözügedən piyada zolağı ilə bağlı quruma heç bir müraciət daxil olmayıb. ''Ağaclar və dekorativ güllər isə zolaq çəkildikdən sonra əkilib. Əraziyə yenidən baxış keçiriləcək, yaranmış çətinliyin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək''-deyə məlumatda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.