Cəmiyyət

Vergi bəyannamələrini təqdim etmək üçün müddətin sonuncu günü necə tənzimlənir?

22 Aprel 2022 23:41
0 Şərh     Baxış: 899
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vergiödəyicilərinə güzəştlər üçün vergi bəyannamələrinin təqdim olunması ilə bağlı son müddət istirahət və ya bayram gününə düşdükdə bu məsələ necə tənzimlənir?

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən iqtisadçı Anar Bayramovun sözlərinə görə, Vergi Məcəlləsində nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

İqtisadçı, həmçinin qeyd edib ki, müddətin bitməsinin tənzimlənməsi paralel olaraq Mülki Məcəllənin 370-ci və 372-ci maddələri ilə də tənzimlənir. Mülki Məcəllənin 370.2-ci maddəsinə əsasən, əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.