Cəmiyyət

Gənclər Forumu çərçivəsində panel müzakirələri olub - FOTO

2 Fevral 2022 19:10
Baxış: 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində panel müzakirələri keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, paneldə "Qarabağa Dönüş" İctimai Birliyinin sədri Tural Gəncəliyev, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi Sultan Hacıyev, Vətən müharibəsi qazisi Vasif Dilavərzadə, Beynəlxalq Alpinizm Federasiyanın (UIAA) buzadırmanma komissiyanın baş katibi İsrafil Aşurlu çıxış ediblər.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində bütün xalqımız yumruq şəklində birləşərək torpaqlarımızı erməni işğalından azad etdi.

Bildirilib ki, torpaqlarımızın azad edilməsində gənclərimiz xüsusi rol oynayıb.

Vurğulanıb ki, postmünaqişə dövründə azad edilmiş ərazilərdə sürətli quruculuq və bərpa işləri həyata keçirilir və Azərbaycanda bu sahədə görülən işlərin analoqu yoxdur. Azərbaycan bu quruculuq işlərini məhz öz resursları hesabına həyata keçirir.

Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu gücünü döyüş meydanında sübut etdi. O torpaqları Qarabağı görməmiş gənclər azad etdi.

Daha sonra panel müzakirələr davam etdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.