Cəmiyyət

15 yaşında ərə verilən qızın anası: “Oğlanın adını bilmirəm”

31 Yanvar 2022 18:44
1 Şərh     Baxış: 1 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə Masallıda 13 yaşlı qızın nişanlanması ilə bağlı məlumat yayılıb.

Milli.Az xəbər verir ki, Baku TV-nin əməkdaşı məsələni araşdırıb və məlum olub ki, sözügedən Jalə adlı qızın əslində 15 yaşı var.

İki gün əvvəl Təzə Alvadı kəndində 28 yaşlı Hacı Məmişovun nişan mərasimi keçirilib. 

Məsələdən xəbər tutan Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları hər iki ailə ilə söhbət aparıb.

Jalənin anasının sözlərinə görə, onlar sadəcə "həri" mərasimi keçirib, toy üçün qızın 18 yaşının tamam olmasını gözləyəcəklər.

Qeyd edək ki, 15 yaşlı qız bir zamanlar ailəsi ilə birgə Lənkəranda yaşayıb. Lakin ata və anası boşandıqdan sonra 4 ildir ki, Masallı rayonunun Təzə Alvadı kəndində anası və bacısı ilə yaşayır.

Jalə Mirzəyeva Lənkəran və Masallıda təhsildən yayınmasına görə ərazi icra nümayəndəsi və məktəb direktoru tərəfindən fərdi təhsilə cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.