Cəmiyyət

Yeni qadağa ilə bağlı əhaliyə müraciət - Bu tarixdən... - VİDEO

27 Yanvar 2022 15:54
0 Şərh     Baxış: 2 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi və TƏBİB ölkəmizdə koronavirusun yayılması ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə gücləndirici - ''buster'' dozanın vurulması tövsiyə edilir. Diqqətə çatdırılıb ki, 2-ci dozanın qəbulundan 6 aydan çox keçmiş şəxslərin sertifikatı fevralın 15-dən etibarlı hesab edilməyəcək. Gücləndirici doza ilə peyvəndlənənlərə isə "peyvənd sertifikatı" müddətsiz veriləcək.

Ölkəmizdə koronavirusun yeni ''Omikron'' ştamına yoluxanların sayında artım müşahidə olunduğundan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB əhaliyə müraciət edib. 

Dövlət qurumlarının birgə məlumatında bildirilir ki, COVID-19-un yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bildirilib ki, 2 doza vaksin qəbul etdikdən 5 ay sonra orqanizmdən asılı olaraq virusa qarşı müqavimət azala bilər. Orqanizmin infeksiyaya qarşı immunitetini yenidən artırmaq üçün "buster doza"nın vurulması tövsiyə olunur. 

İnfeksionist Turan İbrahimovanın sözlərinə görə koronavirus əleyhinə vaksinlərdən hər hansı birinin hər iki dozunu vurduran şəxslərə "Peyvənd sertifikatı" verilir. "Peyvənd sertifikatı"nın etibarlılıq müddəti 6 aydır. Səhiyyə qurumlarının birgə məlumatında vurğulanıb ki, 2-ci dozanın qəbulundan 6 aydan çox keçmiş şəxslərin sertifikatı fevralın 15-dən etibarlı hesab edilməyəcək. Gücləndirici doza ilə peyvəndlənənlərə isə "Peyvənd sertifikatı" müddətsiz veriləcək.

Qeyd edək ki, fevralın 15-dən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər. Bundan əlavə dövlət orqanlarının əməkdaşlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri, elm və təhsil müəssisələrin işçilərindən sözügedən sənədlərin olması tələb edilir. 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən, Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin müvafiq sənədləri olmalıdır. İctimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud əks-göstəriş sertifikatı olduğu halda istifadə edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.