Cəmiyyət

Külək Bakıda binanın damını uçurub - VİDEO

17 Yanvar 2022 19:36
0 Şərh     Baxış: 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən əsən güclü külək Bakıda binanın damını uçurub. Dam örtükləri isə ətrafa dağılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Nizami rayonu, Elşən Süleymanov küçəsi 148 ünvanından gedır.

Həmin ünvanda yerləşən və məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış binası bu vəziyyətə düşüb.

Sakinlər deyirlər ki, hadisə baş verəndən sonra aidiyyəti qurumlara məlumat veriblər, ancaq hələlik dağıntıların aradan qaldırılması, dam örtüyünün bərpası ilə bağlı heç bir iş görülməyib.

Məsələ ilə bağlı əvvəlcə Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinə getdik. Bildirildi ki, həmin binaya onlar cavabdeh deyil. Bundan sonra isə Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayonun təsərrüfat şöbəsindən verilən məlumata görə, əraziyə baxış keçiriləcək, dağıntıların nəticəsi və bərpası ilə bağlı lazımi addımlar atılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.