Fikrət İbişbəyli cərimələndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müasir dövrdə ölkəmizdə informasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti nəticəsində internet xidmətlərindən azad istifadə imkanlarının çoxalması, informasiyaların əldə olunması, yayılması zamanı sosial media platformalarının sahibləri və istifadəçilərinə geniş hüquqlar təmin etməklə yanaşı, müvafiq qanunvericilik aktlarının tələblərinə riayət olunması vəzifəsini də müəyyənləşdirir.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.
Qeyd olunub ki, prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, hüquq qaydasının möhkəmləndirilməsi, vətəndaşların hüquq və mənafelərinin qorunması, təhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən sistemli tədbirlər çərçivəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktlarının tələblərinə zidd olaraq qadağan edilmiş məlumatların yayımlanmasının qarşısının alınması daim nəzarətdə saxlanılmaqla qanun pozuntusuna yol verən şəxslər barəsində ciddi məsuliyyət tədbirlərinin tətbiqi təmin edilir.
Göstərilənlərlə əlaqədar, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmalar nəticəsində media nümayəndəsi İbişbəyli Fikrət Fəraməz oğlunun Şuşa şəhərinin Xankəndidən atəşə tutulması barədə həqiqətə uyğun olmayan məlumatı özünə məxsus "jamaz.info" xəbər saytında yerləşdirməsinə görə 12.01.2022-ci il tarixdə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Fikrət İbişbəyli barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməyə dəvət etməklə bildirir ki, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da tərəfimizdən qəti tədbirlər görüləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Yay istisində rahat yatmağın yolları
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ
-
Deputatdan pensiyalarla vacib məlumat
XƏBƏR LENTİ
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
-
İstanbulun bir hissəsini su basdı - (Foto)
-
Masazırda "Ford" yandı
-
Sonaxanım 47 kq arıqlayıb belə oldu - (Video)
-
Sankt-Peterburqa dron hücumu oldu - (Foto)
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Markdan süni intellektlə bağlı gözlənilməz qərar
-
Röyanın bahalı geyimi diqqət çəkdi: Bu libasına 7000 azn verib - (Video)
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)
-
Yay istisində rahat yatmağın yolları
-
Melaniya Tramp milyonlar qazandı
-
Zaur Kamal ağır qəzaya düşdü: Avtomobili yararsız haldadır - (Foto)
-
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
-
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın öldü
-
Azərbaycanda zəlzələ oldu
-
"Aşkı-Memnu"nun ulduzu yeni serialla qayıdır
-
Sabah çimərliklərdə 25 dərəcə isti olacaq
-
Tramp Obama və Baydenlə futbola baxmaq istəyir
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Bazar günü çox isti olacaq
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)
-
Yasamalda partlayış olan evdən görüntülər: 4 nəfərə satılıbmış... - Yenilənib - (Fotolar)
-
Yasamalda hərəkət edən bütün sürücülərə XƏBƏRDARLIQ





