Azərbaycanda "distant iş" forması qanuniləşdirilə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan") üzvləri ilə görüş olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazir Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi, ölkəmizdə sahibkarlığın inkişafının bütün istiqamətlər üzrə dövlət tərəfindən dəstəkləndiyini, ölkə iqtisadiyyatında özəl sektorun rolunun davamlı artmaqda olduğunu bildirib. Nazir biznes strukturları ilə sosial tərəfdaşlığa xüsusi önəm verildiyini, əmək və məşğulluq sahələrində aparılan islahatlarda sahibkarlarla sosial dialoqa əsaslanan əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.
S.Babayev əmək qanunvericiliyinin əmək bazarında yaranan yeni çağırışlara, müasir tələblərə uyğun təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması prosesində də işəgötürənlərin, o cümlədən özəl sektorun nümayəndələrinin iştirakına xüsusi önəm verildiyini qeyd edib. "AmCham Azərbaycan"da təmsil olunan şirkətlərlə bu sahədə də müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını, təşkilatla nazirlik arasında mütəmadi görüşlər, müzakirələr keçirildiyini bildirib.
"AmCham Azərbaycan"ın prezidenti Nuran Kərimov əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində aparılan islahatların Palata tərəfindən maraqla izlənildiyini, nazirlik və özəl sektor arasında əmək bazarına dair islahatlara dair fikir və məlumat mübadilələri aparmağa, özəl sektorun təkliflərini təqdim etməyə imkan verən belə görüşlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə Palatanın bir sıra təklifləri, o cümlədən qanunverciliyə əmək funksiyalarının evdən yerinə yetirilməsi və distant iş ilə bağlı dəyişiklik və belə iş formasında əmək münasibətlərində hüquqi tənzimləmələrə dair təklifləri diqqətə çatdırılıb.
Bu təkliflə bağlı bildirilib ki, Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsində "distant (məsafədən) iş", əmək funksiyalarının elektron, proqram-texniki, telekommunikasiya vasitələri əsasında işəgötürənin iş yerlərindən kənarda yerləşən, əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olan digər yerdə, məsələn evdə, mehmanxanada və s. yerinə yetirilməsi forması nəzərdə tutulub.
Həmçinin əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtlərinin tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilməsi təklifi də layihədə əksini tapır. Eləcə də distant iş ilə bağlı əmək münasibətlərində hüquqi tənzimləmələrin formalaşdırılması, işçilərin ezamiyyətə göndərilməsi qaydalarının təkmilləşdirilməsi və s. ilə bağlı Palatanın təkliflərinə dair müzakirələr aparılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
-
Rüfətin qızı tələbə oldu: İcazə vermədim
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)





