Cəmiyyət

Zərdabda 700 ev su altındadır

5 May 2010 16:12
Baxış: 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rayon ərazisindən keçən 3 çay- Kür, Göyçay və Türyançayda suyun qalxması nəticəsində rayonun 80 faizi su altında qalıb. Rayonun rabitə sistemində də problem yaranıb.

Baş vermiş təbii fəlakətlə bağlı Rayon İcra hakimiyyətində qərargah yaradılıb. Artıq ərazidə 15 iri, 100-dən artıq kiçik həcmli su nasosları işləyir. FHN rəsmiləri yerlərdə vəziyyətlə tanış olduqdan sonra 700-ə yaxın evin yararsız vəziyyətə düşməsi barədə akt tərtib ediblər. Akta görə, evlərdən 71-i yenidən tikilməlidir.

Zərdab sakinləri son 50-60 ildə rayonda bu cür vəziyyətin müşayiət edilmədiyini bildiriblər.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səlimovun verdiyi məlumata görə, 74 evin sökülməsi zərurədti yaranıb. Evi uçan ailələrin bəziləri normal şəraiti olan çadırlara yerləşdirilib, bəziləri isə qohumlarının yanlarına köçməyə qərar veriblər. FHN-nin 30-a yaxın şəxsi heyəti təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb edilib. Bəndbərkitmə işlərinə iki minə yaxın yerli sakin cəlb edilib.

Qeyd edək ki, artıq rayonda fəaliyyət göstərən 42 məktəb fəaliyyətini bərpa edib. Onlardan 41-i öz binasında, biri isə binası yararsız hala düşdüyü üçün başqa məktəbin binasında tədrisə davam edir.

ANS PRESS
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.