Cəmiyyət

MTN Akademiyasında qələbə günü qeyd olundu - FOTO

5 May 2010 15:50
Baxış: 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə gül dəstələri qoyublar. Sonra "Şöhrət" muzeyində ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr etmiş ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərlər və ekspozisiyalarla tanış olub. Mərasim Akademiyanın akt zalında davam etdirilib.

Akademiyanın rəis müavini general-mayor İsgəndər Allahverdiyev çıxışında faşizm üzərində qələbənin təmin edilməsində Azərbaycan xalqının nümayiş etdirdiyi əzm və fədakarlıqdan söz açıb. O bildirib ki, 1941-1945-ci illər müharibəsində Azərbaycanın 640 mindən artıq qeyrətli oğul və qızı mərdliklə döyüşərək rəşadət göstərib, onlardan 350 mini qəhrəmanlıqla həlak olub, 130 min soydaşımız Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görülüb, 30 nəfər Şərəf ordeni, 170 mini isə müxtəlif orden və medallarla təltif olunub. Azərbaycanlı çağırışçı və könüllülərdən kom¬plekt¬ləş¬diril¬miş 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüş¬lərdə misilsiz igid¬lik və şücaət nümunələri göstəriblər.

İ.Allahverdiyev daha sonra qeyd edib ki, bugünki və gələcək nəsillər veteranlarımızdan nümunə götürməli, onların igidlik, qəhrəmanlıq, şücaət, fədakarlıq, hünər irsini öyrənməlidirlər. "Xalqımız bu gün müharibə şəratində yaşayır. Azərbaycan torpağının 20 faizi erməni qəsbkarları tərəfindən işğal olunub. Lakin biz əminik ki, cənab İlham Əliyevin müdrik siyasəti ilə bu ədalətsizliyin qarşısı alınacaq, torpaqlarımız geri qaytarılacaq, zəfər bayrağımız Dağlıq Qarabağda, Şuşada yüksələcək, qaçqın və məcburi köçkünlərimiz doğma ocaqlarına dönəcəklər",-deyə İ.Akllahverdiyev əlavə edib.

Tədbrin sonunda əfsanəvi kəşfiyyatçı Rixard Zorge haqqında sənədli film nümayiş etdirilib.

Milli.Az
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.