Cəmiyyət

Maaş artımı ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ: yanvarın 1-dən...

25 Dekabr 2021 22:14
1 Şərh     Baxış: 3 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident İlham Əliyevin Sərəncamına əsasən, yanvarın 1-dən minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Milli.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd olunan əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun dəyişiklik edilməsi mütləqdir.

İş yerlərində əmək haqqının minimum məbləği yanvarın 1-dən 300 manatdan az ola bilməz. 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə işçilərin əməkhaqqılarının artırılması ilə bağlı da işəgötürənlər müvafiq tədbirlər görməlidir.

İşçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslərin 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.