Cəmiyyət

Yeni il ərəfəsi insanların bir yerə toplaşması təhlükəni artıra bilər - Həkim infeksionist

22 Dekabr 2021 22:49
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni növ koronavirusun (COVID-19) "omikron" ştamı hazırda 89 ölkədə aşkar edilib, Ümumdünya Səhiyyə Təşkilatı virusun yeni variantına bir neçə gün ərzində yoluxanların sayının iki dəfə artdığı barədə məlumat verib. İranın paytaxtı Tehranda "omikron" ştamına ilk yoluxma qeydə alınması ölkəmiz üçün də real təhlükə yaradır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirovun dediyinə görə, koronavirusun yeni dalğasının qarşısını almaq mümkün olmasa da, sakinlər peyvənd olunaraq qoruna bilərlər: "Omikron"la əlaqədar belə bir problem var. Daha əvvəl peyvənd edilənlər və daha əvvəl xəstəliyi keçirənlərdə də bu və ya digər şəkildə xəstəliyə yoluxmaq təhlükəsi var. Bunun da öhdəsindən "buster" doza ilə gəlməyin mümkünlüyünü söyləyənlər var. Hətta iki peyvənd vurulması "omikron" ştamından qorunmaq üçün kifayət etmədiyi halda üçüncü dozadan sonra həmin ştama qarşı qoruyuculuq 25 dəfə artır. Ümid etmək olar ki, bu baxımdan üçüncü doza peyvənd vurdurmaq sayəsində "omikron"un ciddi fəsadları ilə üz-üzə gəlməyəcəyik".

Həkim-infeksionistin dediyinə görə, "omikron" ştamı yaşlılarla bərabər uşaqları da yoluxdura bilər: "Xüsusilə sıxlıq, tünlük olan yerlərdə, havasız məkanlarda onun yayılma ehtimalı digərlərinə nisbətən dəfələrlə çoxdur. Ona görə Yeni il ərəfəsində bir yerə toplaşmaq, ölkə daxilinə və xaricinə gediş-gəlişin çoxalmasına görə sosial məsafənin qorunması, maska taxılması, əl gigiyenasına riayət olunması kimi tədbirlər peyvənd qədər olmasa da, 100-ə 70 hallarda xəstəliyə yoluxmadan qoruyur".

Sağlamlıq hər şeydən daha üstündür. Xüsusilə bayramı doğmaları ilə keçirmək istəyənlər pandemiya dövrünün tələblərini mütləq nəzərə almalıdırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.