Şou-biznes

Adel boşanmaya həsr etdiyi yeni mahnısını təqdim etdi - VİDEO

20 Noyabr 2021 12:48
0 Şərh     Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Britaniyalı müğənni Adel "30" albomuna daxil ediləcək yeni "To Be Loved" mahnısını təqdim edib.

Hələlik ulduzun treki yalnız onun sosial şəbəkələrindədir. Orada o, tamamilə evdə çəkilmiş bir video yayımlayıb. Videoda Adel divanda oturub emosional olaraq "To Be Loved" mahnısını oxuyur.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, mahnıda Adele ondan bəhs edir ki, sevmək və sevilmək üçün nəyisə qurban vermək, əziz bir şeydən imtina etmək lazımdır. O, həmçinin heç nədən peşman olmadığını iddia edir və cəhd etdiyini ( ehtimal ki, Simon Konecki ilə evliliyi saxlamağı nəzərdə tutur) deyir.

"Twitter"də "To Be Loved" treki bir neçə saat ərzində üç milyondan çox baxış və təxminən üç yüz min bəyənilib.

Bundan əvvəl, Opra Uinfri ilə müsahibədə Adel etiraf etmişdi ki, yeni albomu Konneki ilə çətin boşanmaya həsr olunub (cütlük bu ilin martında münasibətləri rəsmi şəkildə bitirib).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.