Şou-biznes

Məşhur reperdən 750 milyon tələb edirlər

19 Noyabr 2021 04:17
0 Şərh     Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Texas ştatının Hyuston şəhərində keçirilən "Astroworld" festivalında yaşanan faciədən sonra zərərçəkənlər reper Travis Skott və təşkilatçılara qarşı 750 milyon dollarlıq iddia qaldırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  konsert zamanı yaşanan izdihamda biri azyaşlı olmaqla ölənlərin sayı 10-a çatıb. 50 min insanın iştirak etdiyi festivalın qurbanı olan 125 nəfər hadisədə ifaçını günahlandırıb. Onlar reperdən 750 milyon dollardan çox təzminat tələb edirlər.

Bundan başqa, idman brendi "Nike" Skottla həyata keçirəcəyi ayaqqabı modelinin tanıtımını təxirə salıb. "W" jurnalı Skpottun sevgilisi Kayli Cenner ilə üz qabığında yer aldığı buraxılışın yayımını dayandırıb.

Hazırda polis tərəfindən aparılan araşdırmalar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.