Şou-biznes

“Bacılarımın senzurasıyla adam olmuşam” - FOTO

13 Noyabr 2021 16:36
2 Şərh     Baxış: 9 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəstəkar-müğənni Murad Arif bacısı, tanınmış aparıcı Könül Arifqızı ilə fotolarını paylaşıb.

Milli.Az olay-a istinadla bildirir ki, o, Könülün doğum günü olduğunu bildirib. Murad bacısını bu sözlərlə təbrik edib:

"Onun sifarişiylə doğulmağımdan ziyadə bacılarımın tərbiyəsi və senzurasıyla adam olmuşam deyə bilərəm. Könül çox qiymətli şəxsiyyətdir. Bunu demək azdır. O şəxsiyyətin xarakteri, gücü, dəyərlərini tanımaq lazımdır. Onun bir tək "Bir mahnının tarixçəsi" verilişi ölkədə onlarla layihənin, aparıcıların məlumat qaynağı oldu. Aldığın "Tərəqqi medal"ı da sənə o qədər halaldır ki... Başın bir az administrativ işlərə qarışsa da, Könül, efirlərə qayıt. Xalqın sənə ehtiyacı var. Amma ən əsası üzün gülsün, xoşbəxt ol, çox və sağlam yaşa".

Qeyd edək ki, K. Arfiqızı İTV-də "Səhər proqramları" departamentinin direktoru vəzifəsində çalışır. O, "Bir mahnının tarixçəsi" proqramının müəllifi olub. Uzun illər bir çox dillər əzbəri olan mahnılar haqda maraqlı faktlar ortaya çıxarıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory