Şou-biznes

Karantində kuryer işləyən müğənni “Səs”də - VİDEO

30 Oktyabr 2021 17:42
0 Şərh     Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səs Azərbaycan" müsabiqəsinin dünənki buraxılışı da maraqlı anlarla yadda qalıb. Belə ki, dəfələrlə Avroviziya milli seçim turlarında iştirak edən müğənni Cəbrayıl Rəsulov da şouya qatılıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, 2003-cü ildən səhnədə olan sənətçi müsabiqədə çıxışından əvvəl kiçik müsahibə verib.  Cəbrayıl qeyd edib ki, pandemiya dövründə səhnədən uzaq qalıb və kuryer işləyib:

"Karantin dövründə kuryer işləməli oldum, özümə moped aldım, həyat yoldaşımla şəhərdə gəzirik".

Rəsulov daha sonra səhnəyə çıxaraq Rafet El Romanın məşhur "Son məktub" mahnısını səsləndirib. 

Onun ifasına Xalq artisti Brilliant Dadaşova və müğənni Eldar Qasımov dönüb.  Cəbrayıl seçimini Dadaşovadan yana işləyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.