Şou-biznes

“Milyonluq saray”ın sahibi onunla duet oxudu - VİDEO

25 Oktyabr 2021 13:12
1 Şərh     Baxış: 22 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Turan Səfərli "Milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali ilə duet ifa edib. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, duet ortaqları dahi opera ifaçısı Müslüm Maqomayevin repertuarından "Синяя вечность" mahnısına müraciət edib. 

Sözügedən mahnıya yeni nəfəs verən ifaçılar ona klip də çəkdiriblər. 

Qeyd edək ki, 61 yaşlı B. Dali Azərbaycanda "Milyonluq saray"ın sahibi kimi tanınır. O, Rusiya vətəndaşıdır, illər öncə təqaüdə çıxaraq özünə bu villanı tikdirib. Vaxtı ilə hərbi mühəndis kimi çalışıb, bir çox xarici ölkələrdə olub. O, malikanəsində 19 ölkənin məşhur rəssamlarının əsərlərini toplayıb.  

T. Səfərli isə A. Zeynallı adına Musiqi Kolleci və Bakı Musiqi Akademiyasını bitirib. Onun müəllimləri dosent Jalə Cəfərova, Xalq artisti Natəvan Şeyxova olub. Səfərli, həmçinin İtaliyada ustad dərsləri alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.