Şou-biznes

1 milyon təzminat istəyir

14 Oktyabr 2021 14:24
0 Şərh     Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli sənətçilər-Mustafa Keser və Bülent Ersoy arasındakı qalmaqal səngimək bilmir. 

Milli.Az olay-a istinadən xəbər verir ki, B.Ərsoy həmkarını məhkəməyə verib. O, M. Keserden 1 milyon türk lirəsi mənəvi təzminat tələb edib. Müğənni ərizəsində M.Keserin onu təhqir etdiyini bildirib. 

B.Ərsoyun vəkili qarşı tərəfin haqsız açıqlamalarından sonra müvəkkilinin travma aldığını, cəmiyyətdə etibarının sarsıldığını söyləyib. 

Xatırladaq ki, cütlüyün aparıcılıq etdiyi "Benzemez kimse sana" proqramı iki bölüm sonra ekrana vida edib.

Bunun ardınca M.Keser YouTube kanalında bir video yayımlayıb. O, B.Ersoyun ünvanına "Səni Diva deyil, divan edərlər" ifadələrini səsləndirib, həmçinin verilişin tərəf müqabilinin kaprizlərinə görə bitdiyini söyləyib. 

B.Ərsoy isə həmkarının yalan danışdığını, bunu sübut etmək üçün şahidlərinin olduğunu deyib. Sənətçi "Kaprizli deyiləm, maksimalistəm",-deyə qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.