Şou-biznes

"Mən bir evin xanımı olmalıyam" - Mətanət Əsədova - VİDEO

31 Avqust 2021 19:12
3 Şərh     Baxış: 3 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ATV-nin "Gün ortası" proqramında qonaq olan müğənni Mətanət Əsədova maraqlı açıqlamaları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, müğənni hər zaman tək olduğunu və tək vuruşduğunu dilə gətirib:

"Mənim Allahdan başqa heç kəsim yoxdur. Mən bir evin xanımı olmalıyam, mənim xoşbəxt olmağa haqqım var. Təklik çox pisdir. Mənim kimi həyatı heç kəsə arzu etmirəm. Mən hər gecə ölürəm. Bu mənim alın yazımdır".

Daha sonra sənətindən danışan Mətanət Əsədova maddi durumdan gileylənib:

"Maddi durum olsa, gözəl layihələr etmək olar. O yoxdur, edə bilmirəm"

Sənətçi, sonda ailə həyatı qurmaq barədə fikirlərini bölüşüb:

"Gözləmirəm. O problem deyil. Mənim üçün həyatımda ən problemsiz iş ailə qurmaqdır. Bəlkə də kimsə bunu qloballaşdırır. Amma mən heç vaxt bunu problem saymamışam. Sadəcə mən istəyən kimi uyğunu yoxdur. Yaşıma, xasiyyətimə, düşüncəmə uyğunu yoxdur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.