Şou-biznes

Xatirənin dəbdəbəli malikanəsində ad günü keçirildi - VİDEO - FOTO

16 Avqust 2021 15:54
5 Şərh     Baxış: 6 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Xatirə İslamın ailəsində xoş gün olub.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, sənətçi yaxınlarını və dostlarını bir yerə yığaraq həyat yoldaşı Fəxrəddinin ad gününü qeyd edib.

Xatirə doğum günündən lentə alınan fotoları və görüntüləri şəxsi "Instagram" hesabında yayımlayıb.

O, paylaşımına "Nə yaxşı ki, həyatımda sənin kimi əsl və təmənnasız insan var. Həyat yoldaşım, dostum, qardaşım, sirdaşım, dayağım... Ad günün mübarək. Allah sənə dəyməsin" sözlərini yazaraq onu təbrik edib.

Ad günündən paylaşılan görüntülərdə Xatirənin bahalı malikanəsi diqqətdən yayınmayıb.

Müğənni və həyat yoldaşı ad gününü qeyd etmək üçün dəbdəbəli bağ evini seçiblər.

Qeyd edək ki, Xatirə İslam həyat yoldaşı Fəxrəddinlə 2012-ci ildə ailə həyatı qurub. Cütlüyün bu evlilikdən Emil adlı bir övladı var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.