Müğənni Günel Zeynalova Kazım Sübhanın "Özəl" proqramının qonağı olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Türkiyədə tanınmasına kömək edən İbrahim Tatlısəsdən danışıb. O, aparıcının "Albomun hazırlanması, piarın maddi tərəfləri var" sözlərinə belə cavab verib:
"Hamısını İbrahim Tatlısəs qarşılamışdı. İlk albomum 2 milyon satmışdı. İbrahim Tatlısəs şokda idi. Deyirdi, dayanmadan satılır. Hətta Bakıda saxta versiyasını hazırlayıb satırdılar. Üzüm nə halda idi, fotoda özümü tanıya bilmirdim"
Milli.Az