Şou-biznes

Hadisəyə iki böyük jest

27 Aprel 2021 15:39
Baxış: 1 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl iş adamı Reza Zerrabın müğənni Hadisə ilə həyat yoldaşı Ebru Gündəşə xəyanət etməsi ilə bağlı yayılan iddialar böyük səs-küy yaradıb. Bundan sonra sənətçinin sevgilisi Kaan Yıldırımın ailəsi, Hadisə ilə olan münasibətlərini yenidən gözdən keçirməsi ilə bağlı ona xəbərdarlıq edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, baş verənlərdən sonra Kaan Hadisəyə sevgisini və dəstəyini göstərmək üçün Türkiyədə olmayan, xaricdən sifariş etdirdiyi 34 min dollarlıq (57 min 800 manat) çanta hədiyyə alıb. Sözügedən akssesuar "Fendi" brendinə məxsusdur.

Eyni zamanda Yıldırım sevgilisi üçün Maldiv adalarına istirahət paketi də sifariş edib. Cütlük yaxın zamanlarda eqzotik təbiəti olan Maldivə səyahət edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.