Şou-biznes

Məşhur ifaçının sirli bəzəyi hamıda maraq oyatdı - FOTO

20 Aprel 2021 11:34
Baxış: 1 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış amerikalı ifaçı Beyons reper Jay-Z ilə evliliyinin 13-cü ildönümünü qeyd etdiyi Las-Veqasdan yeni fotolarını paylaşıb.

Pop-ulduzun "Instagram" hesabında paylaşılan fotoda onun əynində "Area" brendindən ağ şalvar dəsti olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şəkillər sosial şəbəkənin xüsusilə rusdilli  istifadəçiləri tərəfindən böyük müzakirələrə səbəb olub.  Belə ki, ifaçının geyimini bəzəyən qızıl zəncirli bəzəyin üzərində kiril hərfləri ilə "Ploşad" (Meydan) yazılmışdı.

Şərhlərdə rusdilli auditoriya buna aid Qırmızı Meydan barədə sui-qəsd  nəzəriyyələrindən tutmuş Rusiya turu, yaxud da yeni albomunun adına kimi ən müxtəlif izahlar veriblər.

Cavab isə əslində çox sadə imiş. "Area" brendi kostyumu markanın müxtəlif dillərdə tərcüməsi ilə bəzəməyə qərar verib. "Area" sözü ingilis dilindən "sahə" və hətta "region" kimi tərcümə olunur, "meydan" isə loqotipin uğursuz tərcümə cəhdi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.