Şou-biznes

Son ayların ən çox tələb olunan iki modeli açıqlandı - FOTO

7 Aprel 2021 12:09
Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni statistika göstərir ki, son ayların ən çox tələb olunan modelləri Miriam Sançes və Loli Baiyadır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Moda dünyasının Google"u adını alan "Tagwalk" bu nəticəyə gəlib.

Karyerasına 2019-cu ildə başlayan "Hakuna Matata döyməli qız" - Miriam Sançes "Givenchy", "Louis Vuitton", "Chanel", "Prada" və "Fendi"nin podiumlarında hamının diqqətini çəkib. 2020-ci ildə o, Alva Kler, Lilo Moss, Preşes Li, Coll Kortlev və Mika Şnayderlə yanaşı "Breakout Star Women" kateqoriyasında "ilin modeli" mükafatına namizəd göstərilib. Qalib gəlməsə də o, təslim olmayıb, "Louis Vuitton", "Hermes", "Isabel Marant", "Coperni" və "Courrèges" podiumlarında çıxış edib. Bundan başqa, onun fotosu dəfələrlə "Vogue"un üz qabığında dərc olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.