Şou-biznes

"Canım o qədər yanır ki..." - Xatun vəfat edən qardaşından yazdı

4 Aprel 2021 10:36
Baxış: 2 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Stilist Balaşın vəfatından 40 gün ötür.

Milli.Az big.az-a istinadla xəbər verir ki, bu barədə stilistin bacısı müğənni Xatun şəxsi instaqram hesabında paylaşım edib:

"Artıq 40 gün keçdi. Sənsiz yaşayıram. Canım o qədər yanır ki, sözlə ifadə etmək mümkün deyil. Mənim əvəzolunmazım, dərd ortağım, məsləhət yerim, göznurum, atam, anam, dostum,qardaşım, can parçam. Sənsiz bir boşluğun içində dağılan parçalarımı toplamağa çalışıram. Dünyanı boz görürəm, sanki bütün gözəl rənglər səninlə birgə yoxa çıxıb. Mən bilmirəm necə özümə gələcəm, nə vaxt ayağa qalxa biləcəm. Sənin iki gül balan indi mənim ən böyük təskinliyimdir. Rəbbim mənə güc, möhlət, imkan versin, körpələrin üçün arzuladığın həyatı onlara yaşada bilim. Gözəl qızların Uca Allaha, sonra da mənə əmanətdir. Yerin həmişə , hər yerdə görünəcək. Mənim yaraşıqlı, gözəl qəlbli qardaşım. Nurlar içində yat. Allah sənə qəni qəni rəhmət eləsin!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.