Şou-biznes

"Xəstəlikdən dişlərim, saçım töküldü"

17 Mart 2021 11:44
Baxış: 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Könül Xasıyeva ağır xəstəliyindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xanəndə "Həmin Zaur" proqramında saçlarının və dişlərinin töküldüyünü söyləyib:

"Zəlzələdən sonra qorxdum, xəstəlik tapdım. Xəstəliklə bağlı dişlərim, saçlarım eyni anda töküldü. 2 saatın içində 4 dişim düşdü sinəmə. Elə anlarım olub ki, bir otağa girmişəm, 1 həftə sonra çıxmışam. Elə bilmişəm ki, indi girmişəm. Elə ağır xəstəliyim var idi. Bəziləri deyir stresdəyəm, gedim dağa gəlim keçsin. Yox, stress başqadır. Sizinki ruh yorğunluğudur. 21 ildir mənim bu stresim keçmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.