“Atam məni xatırlamır” - Lalə Məmmədova
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hələ də valideynlərimlə yaşayıram. Yəqin ki, bundan sonra da onlarla yaşayacam. Çünki ayrı yaşamağı düşünmürəm. Atam xəstədir. Ona mən baxıram".
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "ATV maqazin onlarla" proqramında yer alan "33 sual" rubrikasının qonağı olarkən deyib. Rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandıran müğənni atasının uzun müddətdir alzheiymer xəstəliyindən əziyyət çəkdiyini bildirib:
"Atamda alimlərdə rast gəlinən alzheiymer, yaddaş unutqanlığı xəstəliyi var. Sevdiyiniz insanın arada sizi unutmağı, xatırlamamağı, adınızı belə bilməməyi çox ağırdır. Yaddaşı gedib-gəlir.
Son 2-3 ildə xəstəliyi daha da kəskinləşib. Bir müddət əvvələ qədər dərs deyirdi. Lakin indi demir. O, nə vaxt yerindən qalxsa, ayaq səsinə oyanıram. Baxmayaraq ki, ayrı-ayrı otaqlarda yatırıq. Gecə vaxtı birdən oyanır. Elə ola bilər ki, öz otağını unudub, başqa otağa girsin. Ya da ki, çarpayısını tapa bilməsin. Ona görə də anam və mən hər zaman atamın arxası ilə qaçırıq.
Onun iş kabinetinə girib, kitablara baxıb, amma dərk etməməyi çox ağrılıdr. O kitablar arasında özünün yazdığı nəşrlər, elmi məqalələri də var.
Ən çox Sara Qədimovanın musiqilərini sevir. Elmi işlərinin arasında onun fotolarını kəsib saxlayırdı. "Youtube"dan konsertlərini qoyuram baxır. Musiqilərinə qulaq asanda başını yelləyir. Artıq bilirəm ki, o, musiqini xatırlayır.
Bəzən keçmişlə bağlı sual verəndə məni də xatırlayır. Yadına salmağa çalışır. Amma artıq ağrı-acısını dili ilə deyə bilmir ki, filan yerim ağrıyır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq
-
İşsiz şəxslərin diqqətinə: 478 manat...
-
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
-
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb!
-
"Çirkin"in yayım tarixi bəlli oldu
-
Su quyusuna yıxılan qadın öldü
-
Prezident İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Tarixi-dini abidələrin vahid məlumat bazası yaradıla bilər - Ramin Məmmədov
-
Azərbaycanda doğulanların sayı azalıb
-
Arda Gülerə Bellinqemdən böyük hörmətsizlik - (Video)
-
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - Rəsmi
-
Azərbaycan toylarında bu məşhur ənənə qadağan edilir?
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir
-
Zaqatalada güllələnmiş kişi meyiti tapıldı
-
Yuxu hormonu çatışmazlığı xərçəng riskini artıra bilər
-
Hava ilə bağlı son məlumat
-
Vəfat edən Jotanın adını deyənlərə görə ərəb klubuna ağır cəza
-
Azərbaycan əhalisinin sayı açıqlandı
-
İşğaldan azad edilmiş ərazilərdə ilk bərpa olunan tarixi-dini abidələr məscidlərdir - Gündüz İsmayılov
-
Universitetdən qovulan tələbə - “Məni belə yadda saxlayın” - (Video)
-
Bu ay 4 bürc pul içində üzəcək
-
Hande Erçel dəyişib belə oldu - (Foto)
-
Türkiyəli tanınmış aktyor vəfat etdi - (Foto)





