Şou-biznes

"Stressdən ölürük, apteklərdə ürək dərmanı da tapılmır" - Xalq artisti

17 Fevral 2021 11:59
Baxış: 1 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yay üçün darıxıram. Pandemiya ötən yayı burnumuzdan gətirdi. İnşallah, pandemiya bitər, bu yay rahat nəfəs alarıq. Yazıqdır bu insanlar, bütün psixologiyamız pozulub. Stressdən öldük. Artıq apteklərdə ürək dərmanı da tapılmır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb. Pandemiyadan gileylənən aktrisa depressiyada olduğunu vurğulayıb.

Allahverdiyeva sosial şəbəkədə yazılan tənqidlərə də münasibət bildirib:

"Bəzi insanlar elə düşünür ki, əgər sən səzsizsənsə, deməli güczüssən. Amma yatmış şiri oyatsan səni parçalayar. Bəzi insanlar dünyanın əbədi olacağını və etdiyi əməllərinin cavabsız qalacağını düşünür. Allah bizi pis əməllərdən saxlasın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.